“Koreya Xalq Demokratik Respublikası (KXDR) hakimiyyəti ABŞ və onun peyklərinin təxribatlarına cavab olaraq özünümüdafiə hüququ çərçivəsində ardıcıl tədbirlər görəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə KXDR Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Keçən ili irimiqyaslı hərbi təlimlərlə başa vuran Birləşmiş Ştatlar yeni ilə öz peyklərinin iştirakı ilə hərbi təxribatlarla başladı. Regionda vəziyyətin qeyri-sabit olmasının əsas günahkarı ABŞ-dır”, – məlumatda bildirilib.