Xəbərlər

Şimali Koreyada yeni tipli strateji qanadlı raket sınaqdan keçirilib

“Şimali Koreyada “Bulhvasal-3-31” adlı yeni tipli strateji qanadlı raketin ilk sınaq atışı həyata keçirilib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Raketlər Baş İdarəsi atəşin silah sistemlərinin inkişaf etdirilməsi prosesi çərçivəsində adi və məcburi bir fəaliyyət olduğunu açıqlayıb.

Qeyd edək ki, sınaq atışının qonşu ölkənin təhlükəsizliyinə mənfi təsir göstərmədiyi bildirilib.