Xəbərlər

Sinxua: Si Cinpin Çin və Rusiyanı “yaxşı dostlar” adlandırıb

Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Çin və Rusiyanı biri digərinə qarşılıqlı dəstək verən “əsl dost” adlandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

“Pekin və Moskva arasında mövcud olan münasibətlər mehriban qonşuluq xarakteri daşıyır. Çin və Rusiya müştərək inkişafa nail olmaqla bütün problemləri və çətinlikləri bölüşür”, – məlumatda bildirilib.