“Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası danışıqlardan qorxduğu və ABŞ-la fikir ayrılıqlarını həll edə bilmədiyi üçün Avropa iqtisadiyyatını öldürür”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ və Avropa İttifaqı (Aİ) arasında tariflərlə bağlı mübahisədə mahiyyətcə Donald Tramp administrasiyasının tərəfini tutan Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
“Brüssel bürokratiyası Avropa iqtisadiyyatını öldürür. Bura Rusiyaya qarşı sanksiyalar, Çinin elektromobil sənayesinə tətbiq edilən tariflər və ABŞ-la danışıqlar apara bilməmək daxildir”, – nazir qeyd edib.