Xəbərlər

Siyarto Brüsseli ABŞ-ın tarifləri ilə bağlı hərəkətsizlikdə ittiham edib

“Avropa İttifaqı (Aİ) rəhbərliyi tarifləri azaltmaq üçün ABŞ ilə razılığa gələ bilərdi, lakin bunu etmədi və indi onun hərəkətsizliyi ittifaqın iqtisadiyyatına zərbə vuracaq”.

“Füyuzat”ın məlumatına görə, bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Avropanın iqtisadiyyatı və əhalisi Brüsselin səriştəsizliyinin əvəzini növbəti dəfə ödəyir. ABŞ-ın rüsumların tətbiqi ilə bağlı dünənki qərarı bunu göstərir: Avropa Komissiyası ABŞ ilə danışıqlar aparmalı idi. Onların iki ay yarım vaxtı var idi. Ancaq heç nə etmədilər”, – nazir yazır.