Xəbərlər

Siyarto: Macarıstan Aİ iclasında Kiyevə hərbi yardımın davam etdirilməsinə qarşı çıxacaq

“Budapeşt Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin növbəti görüşündə Kiyevə hərbi yardımın davam etdirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Bu gün Lüksemburqda Aİ xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Əsas olan şey sülh səylərinin dəstəklənməsidir. Hər gün sülhün mümkün qədər tez lazım olduğuna dair getdikcə daha inandırıcı sübutlar yaranır. Sülh isə atəşkəs və uğurlu sülh danışıqlarını tələb edir”, – Siyarto qeyd edib.