Xəbərlər

Siyarto: Ukrayna danışıqları çətin olacaq

“Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar son dərəcə çətin olacaq, ona görə də prosesin kənarında qalan Avropa İttifaqı (Aİ) hadisələrə müdaxilə etməməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində çıxışı zamanı deyib.

“Macarıstan hökuməti uğur qazanmağın nə qədər çətin olacağını başa düşsə də, Ukraynadakı münaqişənin həlli üçün dinc səyləri dəstəkləyir. Ona görə də biz Brüsseli və Avropanın siyasi liderlərini sülh danışıqlarının uğuruna mane olmamağa çağırırıq”, – Siyarto əlavə edib.