Xəbərlər

Şolts: Avropa müdafiə xərclərini artırmalıdır

“Avropada müdafiə xərcləri artırılmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya kansleri Olaf Şolts Berlində Danimarkanın Baş naziri Mette Frederiksen ilə birgə mətbuat konfransı zamanı deyib.

“Biz NATO-nun Avropa sütununu gücləndirmək və müdafiə xərclərini daha da artırmaq fikriylə razıyıq. Fevralın 3-də keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində liderlər Avropanın daha güclü müdafiə sənayesinin yaradılması məsələlərini müzakirə edəcəklər. Aİ-də hərbi texnikanın birgə inkişafı və satın alınmasını asanlaşdırmaq üçün qaydalara ehtiyacımız var”, – kansler qeyd edib.