Xəbərlər

Şolts və Makron: Biz Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlığa hazırıq

Almaniya kansleri Olaf Şolts Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit jurnalistlərə müsahibəsində deyib.

“Onlar ilk növbədə Suriyadakı vəziyyət haqqında danışıb və fundamental insan hüquqları, etnik və dini azlıqların müdafiəsi əsasında yeni hakimiyyətlə əməkdaşlığa hazır olduğları barədə razılığa gəliblər. Şolts və Makron Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar. Hər ikisi bu ölkədə inklüziv siyasi prosesi dəstəkləmək də daxil olmaqla, Avropa İttifaqının Suriyadakı iştirakını gücləndirmək üçün birgə işləmək barədə razılığa gəliblər”, – nümayəndə əlavə edib.