Xəbərlər

Starmer: Aİ və ABŞ-la ittifaqların gücləndirilməsi əsasdır

“Dünyada vəziyyətin pisləşməsi Böyük Britaniyadan həm Avropa İttifaqı (Aİ), həm də ABŞ ilə münasibətləri gücləndirməyi tələb edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Britaniyanın Baş naziri Keir Starmer çıxışı zamanı deyib.

“Bu böyük təhlükə dövrünə cavabımız daha güclü ittifaqlar olmalıdır, bunun vaxtı gəlib çatıb. ABŞ-la daha da sıx əlaqələr, NATO-ya sarsılmaz sadiqlik və Avropalı qonşularımızla yenilənmiş münasibətlər qurulmalıdır. Diplomatik münasibətlər iqtisadiyyatımız və təhlükəsizliyimiz üçün həyati əhəmiyyət kəsb edir. London Vaşinqton və Brüssel arasında seçim etməməli, hər iki müttəfiqlə münasibətləri inkişaf etdirməlidir. Biz keçmişə yox, gələcəyə baxırıq. Hərəkət azadlığına, gömrük ittifaqına və vahid bazara qayıtmaq olmayacaq. Bunun əvəzinə biz milli maraqlarımıza fayda gətirmək üçün qarşılıqlı əlaqənin praktiki və çevik yollarını tapacağıq”, – Baş nazir əlavə edib.