“ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıtması ilə dünya Ukrayna münaqişəsinin həlli üçün tarixi şans qazanmış oldu”.
“Füyuzat”ın məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer deyib.
“Trampın danışıqların gedişatını dəyişdirdiyini başa düşmək vacibdir. O, münaqişəni dayandırmaq üçün tarixi fürsət yaratdı. Münaqişə üç ildir ki davam edir, bu müharibə çoxlu sayda insanın həyatı bahasına başa gəlir. ABŞ prezidenti bu reallığı dəyişdi və məncə, o, real fürsət yaratdı”, – Starmer bildirib.