Böyük Britaniyanın Baş naziri Keir Starmer və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışı olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniya Baş Nazirliyindən məlumat verilib.
“Baş nazir bu axşam prezident Zelenski ilə danışıb, hamının birlikdə işləməsinin vacibliyini vurğulayıb. Starmer demokratik yolla seçilmiş prezident kimi Zelenskiyə dəstəyini ifadə edib və müharibə zamanı seçkiləri təxirə salmağın tamamilə məntiqli olduğunu və Böyük Britaniyanın özünün də bu təcrübəni İkinci Dünya Müharibəsi zamanı etdiyini bildirib”, – məlumatda qeyd olunub.