Finlandiya prezidenti Alexander Stubb gələn həftə Vatikanda Rusiya və Ukrayna arasında texniki danışıqların aparılmasının mümkünlüyündən danışıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yle” teleradio şirkəti Stubba istinadən məlumat yayıb.
“İndi daha çox vasitəçi var. Əvvəllər bu rolu yalnız ABŞ oynayırdı, artıq Avropa da danışıqlarda iştirak edir. Texniki səviyyəli danışıqlar gələn həftə Vatikanda baş tutacaq”, – prezident əlavə edib.