Xəbərlər

Sui-qəsd zamanı Trampı müdafiə edən agent Gizli Xidmətin rəhbəri təyin edilib

ABŞ prezidenti Donald Tramp hələ prezident olmamışdan əvvəl Pensilvaniya ştatında baş tutan seçki kampaniyası zamanı sui-qəsd cəhdinə məruz qalarkən onu mühafizə edən Şon Kurranı ABŞ Gizli Xidmətinin rəhbəri təyin edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp “Truth Social”da yazıb.

“Mən Şon Kurranı Birləşmiş Ştatların Məxfi Xidmətinin növbəti direktoru vəzifəsinə namizədliyini irəli sürməkdən şərəf duyuram”, – Tramp bildirib.