Sumqayıtın bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.
Verilən məlumata görə, Sumqayıt şəhəri 13-cü mikrorayon, 16-cı mikrorayon, Təzə Corat, Köhnə Coratın bir hissəsi və Novxanı qəsəbəsində cari təmir işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan etibarən 8 min 500 abonentin qaz təchizatı dayandırılacaq.
Qaz verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.