Xəbərlər

Süni intellekt sahəsindəki müəssisəsinin ömürlük professoru…

Bu gün XX əsrin ən nüfuzlu elmi şəxsiyyətlərindən biri, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi və süni intellekt sahəsindəki müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs – Lütfi Zadənin ölümündən 105 il ötür.

Lütfi Zadə 1921-ci ildə Bakı şəhərində, İran əsilli ailədə dünyaya gəlib. 1931-ci ildə Sovet İttifaqında mürəkkəb iqtisadi vəziyyətinə görə Lütfi Zadənin ata-anası İrana köçməyə qərara gəlir. Beləliklə, o, orta təhsilini Tehranda alır.

Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü olub. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olmuşdur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990–2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir.

Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Daha sonra Kolumbiya Universitetində doktorantura dərəcəsi alıb və orda müəllim kimi fəaliyyət göstərib. 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq qalıb.

Kaliforniyanın Berkli şəhərində “İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu” yaradılmışdır.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

Bu yanaşma insan düşüncəsinə daha yaxın modelləşdirmə imkanı verir və qeyri-müəyyən informasiyanı riyazi təhlilə çevirir.

Onun qeyri-səlis məntiq nəzəriyyəsi günümüzün bir çox texnologiyasının əsasını təşkil edir:

Süni intellekt və maşın öyrənməsi;

Avtomatik idarəetmə sistemləri (klimat nəzarətləri, nəqliyyat sistemləri);

Elektronika və maşın istehsalı (video kameralar, avtomobillər);

Proses nəzarəti, tibb və digər sahələrdə tətbiqlər və s.

Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: “təəssüratlar nəzəriyyəsi”, “sistemlər nəzəriyyəsi”, “sözlə işləyən kompüter nəzəriyyəsi”, “optimal süzgəclər nəzəriyyəsi” və “soft kompyutinq”.

O həmçinin Z-çevirmə metodu kimi digər riyazi alqoritmlərin inkişafına da töhfə verib ki, bu üsullar diskret zaman siqnalları və rəqəmsal nəzarət sistemləri üçün əhəmiyyətlidir.

Lütfi Zadə həyatının sonuna qədər elmi işlərini davam etdirmiş və 2017-ci ildə 96 yaşında dünyasını dəyişib.

Ölümündən sonra onun xatirəsi Bakıda, I Fəxri Xiyabanda əbədiləşdirilib.

Lütfi Zadə təkcə Azərbaycan və Amerika elminin deyil, dünya elmi inkişafının da əsas simalarından biridir. Onun nəzəriyyələri modern texnologiyaların bir çox sahəsində tətbiq olunur və gələcək süni intellekt, idarəetmə, həmçinin informasiyaların modelləşdirilməsi sahələrinə yeni istiqamətlər verir.