Suriyanın qərbindəki Həsəkə əyalətində yerləşən Qəsruk bölgəsindəki ABŞ hərbi bazasına hücum edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Verilən məlumata görə, hücum minaatanla həyata keçirilib.
“Bu hücum regionda müqavimət fəaliyyətinin güclənməsindən və gələcəkdə münaqişənin genişlənməsindən xəbər verir”, – agentlikdən bildirilib.