Suriya hakimiyyəti Moskvadan ötən ilin dekabrında Dəməşqin üsyançılar tərəfindən azad edilməsindən sonra Rusiyaya qaçan keçmiş prezident Bəşər Əsəd və onun ən yaxın köməkçilərinin ekstradisiyasını tələb edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times Of Israel” danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən yazır.
Bildirilir ki, bunu Suriyanın faktiki lideri Əhməd əl-Şara Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşü zamanı bildirib.
Rusiya tərəfinin məsələyə yanaşmasının nə olduğu barədə əlavə məlumat verilməyib.