Xəbərlər

Tacikistan prezidenti Qırğızıstana dövlət səfəri edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon Qırğızıstana dövlət səfəri edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, səfər martın 12-13-də baş tutacaq.

Verilən məlumata görə, iki ölkə başçıları Tacikistan-Qırğızıstan münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər. İki liderin görüşündən sonra sənədlər paketinin imzalanacağı gözlənilir.