Tacikistanın hakim Xalq Demokratik Partiyası parlamentin aşağı palatasına keçirilən seçkilərdə ümummilli seçki dairəsində səslərin 51,9 faizini toplayaraq qalib gəlib.
“Füyuzat”ın məlumatına görə, martın 2-də keçirilən seçkilərin ilkin nəticələrini Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının sədri keçirdiyi mətbuat konfransında açıqlayıb.
“Tacikistan Xalq Demokratik Partiyası 51,9% səs toplayıb və 12 mandatı təmin edib. O qeyd edib ki, 2,4 milyondan çox vətəndaş respublikanın hakim partiyasından olan namizədlərə səs verib”, – sədr qeyd edib.