“Tailand BRİCS-in tərəfdaş ölkəsi olmaq üçün aldığı dəvətdən məmnundur və assosiasiyaya tam üzv olmağa çalışacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Krallığın Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya Departamentinin baş direktoru və mətbuat katibi Nikondet Falanqkun deyib.
“Rəsmi səviyyədə biz hələ ki, cavab verməmişik, çünki biz müəyyən daxili prosedurlardan keçməliyik. Məqsədimiz ən qısa zamanda BRİSC-ə üzv olmaqdır”, – Falanqkun qeyd edib.