Tailandın Baş naziri Paetongtarn Shinawatran Cənubi Koreyanın Jeollanam-do əyalətindəki Muan hava limanında qəzaya uğrayan təyyarədə həlak olanların yaxınlarına başsağlığı verib, həmçinin sağ qalan Tayland vətəndaşlarına yardım göstərilməsini əmr edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə o “X” səhifəsində məlumat yayıb.
“Həlak olanların ailələrinə və yaralılara başsağlığı vermək istərdim.
Mən Xarici İşlər Nazirliyinə təyyarədə Tailand vətəndaşlarının olub-olmadığını və yardım məsələlərini təmin etmək barədə göstəriş vermişəm”, – Baş nazir bildirib.