Son günlər Tbilisidə etirazçıların aksiyaları nəticəsində 100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
“Dekabrın 1-2-də keçirilən aksiya iştirakçılarının zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 21 əməkdaşı yaralanıb. Onlara tibbi yardım göstərilir. Son bir neçə gün ərzində etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin 113 əməkdaşı xəsarət alıb, onlardan 4-ü klinikadadır”, – nazirlikdən verilən məlumatda bildirilib.
Gürcüstan parlamenti yaxınlığında ötən gecə başlayan və hələ də davam edən aksiyada etirazçılar polisə daş, yandırıcı əşyalar, şüşə butulkalar və metal əşyalar atıb, həmçinin pirotexniki vasitələrdən istifadə ediblər.