Tbilisinin mərkəzində güclü yanğın baş verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Verilən məlumata görə, yanğın metro stansiyası yaxınlığındakı geyim bazarında qeydə alınıb. Yanğın geniş ərazini əhatə edib.
İlkin məlumata görə, itki yoxdur. Yanğının səbəbi hələlik məlum deyil.



