Xəbərlər

Tehran: İran və ABŞ danışıqları davam etdirmək barədə razılığa gəliblər

“İran və ABŞ İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün danışıqları davam etdirmək barədə razılığa gəliblər və növbəti məsləhətləşmələrin vaxtını və yerini müzakirə edirlər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib.

“Danışıqların aparılması və hər iki tərəfin onları davam etdirmək niyyətini təsdiqləməsi faktı göstərir ki, danışıqlar prosesi davam edəcək. Bu dialoqun vasitəçisi və əlaqələndiricisi qismində çıxış edən Oman Xarici İşlər Nazirliyi (XİN) bizimlə və Amerika tərəfi ilə əməkdaşlıq çərçivəsində növbəti raundun tarixini və yerini açıqlayacaq. Hazırda hər iki tərəfə ən uyğun məqamı müəyyən etmək üçün məsləhətləşmələr aparılır”, – nümayəndə əlavə edib.