Xəbərlər

Tehran xarici siyasətini Vaşinqtonun hərəkətlərindən asılı olaraq korreksiya edəcək

“İranla ABŞ arasındakı münasibətlərə qısa müddətdə baxmaq mümkün deyil, Tehran öz xarici siyasətini yeni Vaşinqton administrasiyasının hərəkətlərinə uyğun şəkildə düzəldəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

“ABŞ-İran münasibətlərinə qısa müddət ərzində bir şəxsdən, hökumətdən və ya partiyadan asılı bir şey kimi baxmaq olmaz. Buna tarixi kontekst lazımdır. Gələcək haqqında danışsaq, qarşı tərəfin yanaşmasına uyğun olaraq gələcək siyasətimizi tənzimləyəcəyik, biz nə etmək lazım olduğunu və nəyi etməməli olduğumuzu müəyyənləşdirəcəyik”, – Bəqayi bildirib.