“BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına və burada daha çox ölkənin təmsil olunmasına ehtiyac var, çünki bütün dünya üçün vacib qərarlar yalnız bir neçə dövlət tərəfindən qəbul edilə bilməz”.
“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astana Beynəlxalq Forumunun plenar sessiyasında çıxışı zamanı bildirib.
“Milyardlarla insanı əhatə edən kritik qərarlar yalnız bir neçə ölkə tərəfindən qəbul edilməməlidir. Buna görə də Qazaxıstan BMT Təhlükəsizlik Şurasının, o cümlədən daha geniş regional təmsilçiliyin genişləndirilməsini dəstəkləyir.
BMT-nin aktuallığını qoruyub saxlaması və real dünyanı həqiqətən əks etdirməsi üçün Təhlükəsizlik Şurasının struktur islahatları zəruridir”, – dövlət başçısı bildirib.