“BMT-nin alternativi yoxdur, beynəlxalq ictimaiyyətin vəzifəsi bu universal təşkilatın rolunu gücləndirməkdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada ŞƏT+ formatında keçirilən görüşdə çıxışı zamanı deyib.
“Bu universal təşkilata alternativ yoxdur, onun potensialı tükənməkdən uzaqdır”, – Tokayev bildirib.