Xəbərlər

Tokayev Lukaşenkonu təbrik edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Tokayev Lukaşenkonu seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, tərəflər həmçinin ikitərəfli əməkdaşlığın inkişafının əsas məsələlərini də qısa şəkildə müzakirə edib, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.