Xəbərlər

Tokayev: Qazaxıstan Aİİ ilə əməkdaşlığın yeni səviyyəsinə keçməlidir

“Hazırkı geosiyasi şəraitdə Qazaxıstan Mərkəzi Asiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə əməkdaşlığın yeni səviyyəsinə keçməli, həmçinin Rusiya, Çin və ABŞ ilə layihələrin həyata keçirilməsinə nəzarət etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublika hökumətinin geniş iclasında çıxışı zamanı deyib.

“Mövcud geosiyasi reallıqlarda ən yaxın qonşularımızla (Mərkəzi Asiya və Aİİ ölkələri) əməkdaşlığın yeni səviyyəsinə keçmək lazımdır. Çin, Rusiya, ABŞ, Aİ ölkələri, Yaxın Şərq, Asiya və bir çox digər ölkələrlə iri investisiya layihələrinin həyata keçirilməsinin gedişatı da xüsusi nəzarətdə saxlanılmalıdır”, – Tokayey qeyd edib.