“Qazaxıstan və Rusiya arasında hüquq-mühafizə orqanları və müdafiə idarələri arasında əməkdaşlıq uğurla inkişaf edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.
“Düşünürəm ki, dövlətlərimizin hüquq-mühafizə orqanları ilə müdafiə idarələri arasında əməkdaşlıq uğurla inkişaf edir. Hesab edirəm ki, sizin səfəriniz əməkdaşlığımızda görülən işlərə bir daha nəzər salmaq və ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin yeni sahələrini razılaşdırmaq üçün yaxşı fürsətdir”, – prezident qeyd edib.