“Heç kimin Qazaxıstan sakinlərinə hansı dildə danışmağı məcbur etmək hüququ yoxdur”.
“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan Xalqları Assambleyasının sessiyasında çıxış edən ölkə prezidenti Kasım-Jomart Tokayev deyib.
“Sözsüzdür ki, Qazaxıstanda heç kimin şəxsi ünsiyyətdə və ictimai çıxışlar zamanı insanlara hansı dildə danışmalı olduqlarını demək ixtiyarı yoxdur. Bu mövzuda cəmiyyətimizdə nifaq salmaq, ölkə daxilində sabitliyi pozmaq məqsədi daşıyan bütün təxribat xarakterli hərəkətlərin qarşısı alınacaq və qanunla cəzalandırılacaq. Təxribatçılardan danışarkən, mən təkcə, belə desək, evdə dağıdıcı fəaliyyətlə məşğul olanları deyil, xaricdən sifarişlə, xarici təşkilatların pulu ilə bu işlərlə məşğul olan insanları nəzərdə tuturam”, – prezident əlavə edib.



