Xəbərlər

Tokayev Rusiya Baş nazirinin müavinini qəbul edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada Rusiya Baş nazirinin müavini Aleksandr Novakı qəbul edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, Rusiya Federasiyası Baş nazirinin müavini Rusiya prezidenti Vladimir Putinin salamlarını Tokayevə çatdırıb.

Verilən məlumata görə, iki ölkənin siyasi xadimləri enerji sahəsində əməkdaşlığı müzakirə ediblər.