Xəbərlər

Tokayev: Ukraynadakı vəziyyət ABŞ prezidentindən asılıdır

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2024-cü il dekabrın əvvəlində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müsahibəsində deyib.

“Telefon danışığı zamanı Donald Tramp Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı vizyonumuzu soruşdu, bu mövzu mənim üçün yeni deyil, çünki eyni sualı 2024-cü ildə bir çox dövlət başçıları və beynəlxalq təşkilatlar vermişdi. Nizamlanma ilə bağlı qərar münaqişə tərəflərindən və Trampdan asılıdır”, – prezident əlavə edib.