Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanı müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan prezidentinin bəyanatında bildirilib.
Bəyənata görə, iki ölkə başçıları qarşılıqlı şəkildə başsağlığı veriblər.
“Azərbaycan, Rusiya və Braziliyadan olan ekspertlərin iştirakı ilə Qazaxıstan hökuməti tərəfindən yaradılmış komissiyanın istintaq fəaliyyəti davam edir”, – Qazaxıstan prezidenti əlavə edib.