Xəbərlər

Tokio Yaponiya universitetlərini Harvard tələbələrini qəbul etməyə dəvət edib

Yaponiya hökuməti yerli universitetləri Harvard Universitetindən Tramp administrasiyasının qərarı ilə köçmək məcburiyyətində qalacaq əcnəbi tələbələri müvəqqəti qəbul etməyi düşünməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Kyodo” agentliyi rəsmilərə istinadən məlumat yayıb.

“Biz müvafiq qurumlarla əməkdaşlıq etmək, həvəsli və istedadlı gənclərin təhsil alması üçün səy göstərmək istərdik”, – agentlik rəsmilərin sözlərindən sitat gətirib.