ABŞ prezidenti Donald Tramp ölkədə iqtisadi vəziyyət və ticarət kəsirinə görə fövqəladə vəziyyət elan edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evdən bildirilib.
“Bu gün ABŞ prezidenti bəyan edib ki, xarici ticarət və iqtisadi siyasət milli fövqəladə vəziyyət yaradıb. O, ABŞ-ın beynəlxalq iqtisadi mövqeyini gücləndirmək və amerikalı işçiləri qorumaq üçün cavab tarifləri tətbiq edir. Prezidentin fikrincə, davamlı ticarət kəsirləri ABŞ-ın istehsal bazasını viran qoyub, istehsal potensialının genişləndirilməsi üçün heç bir stimul yaratmayıb, kritik təchizat zəncirlərini sarsıdıb və ABŞ-ın hərbi-sənaye kompleksini xarici düşmənlərdən asılı vəziyyətə salıb. Tramp digər ölkələrin ABŞ-dan faydalanmasını istəmir və hesab edir ki, ədalətli ticarəti təmin etmək, amerikalı işçiləri qorumaq və ticarət kəsirini azaltmaq üçün tariflərə ehtiyac var və bu, tamamilə zəruridir”, – Ağ Evdən bildirilib.