Xəbərlər

Tramp: ABŞ əczaçılıq məhsullarına da rüsumlar tətbiq edəcək

“ABŞ administrasiyası idxal edilən əczaçılıq məhsullarına da gömrük rüsumları tətbiq etmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Respublikaçıların Milli Komitəsi üçün vəsaitin toplanması ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Biz üzərimizə düşəni edəcəyik. Hamıdan üstünlüyümüz odur ki, biz böyük bazarıq. Ona görə də yaxın gələcəkdə əczaçılıq məhsullarına böyük tariflərin tətbiqini elan edəcəyik”, – Amerika lideri qeyd edib.