“Vaşinqton Qrenlandiyaya nəzarət etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.
“Mən Ken Howery-ni Birləşmiş Ştatların Danimarkadakı səfiri vəzifəsinə seçdiyimi elan etməkdən məmnunam. Bütün dünyada milli təhlükəsizlik və azadlıq maraqlarına uyğun olaraq, Birləşmiş Ştatlar Qrenlandiyaya sahib olmaq və nəzarət etməyin vacib olduğuna inanır. Ken ölkəmizin maraqlarını ən yüksək səviyyədə təmsil edəcək”, – Tramp əlavə edib.