Xəbərlər

Tramp ABŞ-ın ÜST-dən çıxması haqqında sərəncam imzalayıb

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tərk etməsi haqqında sərəncam imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp özü bildirib.

Tramp qeyd edib ki, təxminən 350 milyon əhalisi olan ABŞ-ın ÜST-ə verdiyi töhfələr hər il 500 milyon dollar, 1,4 milyarddan çox əhalisi olan Çinin verdiyi töhfələr isə təxminən 39 milyon dollardır.

“Mənə elə gəldi ki, bu, ədalətli deyil. Buna görə də, mən ÜST-dən ayrılmaq barədə qərar qəbul etdim”, – prezident vurğulayıb.