“Vaşinqtonla Tehran arasında danışıqların mümkün uğursuzluğu İran üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq və ölkə özünü böyük təhlükə ilə üz-üzə qoyacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mən hesab edirəm ki, İranla danışıqlar uğurla nəticələnməsə, İran böyük təhlükə qarşısında qalacaq. İranın nüvə silahı ola bilməz. Danışıqlar uğurlu alınmasa, bunun nəticələri İran üçün çox ağır olacaq”, – prezident vurğulayıb.