Xəbərlər

Tramp: “ABŞ ödəniş etməyən NATO üzvlərini müdafiə etməyəcək”

ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibə və Avropada Rusiya ilə qarşıdurma ilə bağlı bir neçə bəyanat verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə BBC məlumat yayıb.

Belə ki, ABŞ prezidenti müdafiə qabiliyyətini artırmaq üçün kifayət qədər maliyyə ayırmayan ölkələri müdafiə etməyəcəklərini deyib.

Bu, Trampın ABŞ-ın digər NATO ölkələrini müdafiə etmək öhdəliyini şübhə altına aldığı ilk hal deyil.

“Əgər pul verməsələr, mən onları müdafiə etməyəcəyəm. NATO ölkələri ABŞ-a pul ödəmir, lakin öz müdafiə imkanlarını daha yaxşı maliyyələşdirməyə çalışırlar”, – Tramp bildirib.