Xəbərlər

Tramp: ABŞ öz bayrağını Marsa sancacaq

“Birləşmiş Ştatlar öz bayrağını Marsa sancacaq”.

“Füyuzat”ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu vədi çərşənbə axşamı verib.

O, ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatında ölkədəki vəziyyət, daxili və xarici siyasətin prioritet istiqamətləri ilə bağlı çıxışı zamanı deyib: “Biz elmin yeni geniş sərhədlərini fəth edəcəyik və bəşəriyyəti kosmosa aparacaq və Amerika bayrağını Mars planetinə və ondan kənara sancacağıq”.