Xəbərlər

Tramp: ABŞ Panama kanalına nəzarəti bərpa edəcək

“Mən Panama kanalına nəzarəti bərpa etmək niyyətindəyəm. Bu işə ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatda çıxışı zamanı bildirib.

“Mənim administrasiyam Panama kanalına nəzarəti bərpa edəcək və biz bu prosesə artıq başlamışıq. Bu işə Rubio məsul olacaq. Uğurlar, Marko”, – prezident vurğulayıb.