Xəbərlər

Tramp: ABŞ rüsumlar tətbiq etməsə, məhv olacaq

“Ölkənin hakimiyyət orqanları sürətlə idxal rüsumları tətbiq edə bilməsə, ABŞ-ın iqtisadi cəhətdən sağ qalma şansı olmayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində qeyd edib.

“Başqa ölkələr bizə qarşı tariflərdən istifadə etsələr və biz tariflərlə cəld və çevik cavab verə bilməsək, ölkəmizin iqtisadi cəhətdən sağ qalma şansı cüzi belə olmayacaq”, – Tramp əlavə edib.