“Vaşinqton Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə əlaqə saxlayır və nə vaxtsa KXDR lideri Kim Çen İnlə əlaqə yaradıla bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“Bizim Kim Çen İnlə əla münasibətimiz var. Bildiyiniz kimi, hər şey çox sərt və çox pis başladı. Lakin onlar zəng edib görüşmək istədiklərini bildirdilər. Və biz görüşdük. İndi bizim yaxşı münasibətimiz var”, – Tramp vurğulayıb.