“ABŞ TikTok platformasının yarısına sahib olmaq hüququna malik olmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Amerika prezidenti Donald Tramp deyib.
“Düşünürəm ki, Birləşmiş Ştatlar TikTok-un yarısına sahib olmalıdır. Biz TikTok-un 50%-nə sahib olacağıq və TikTok-un işini davam etdirməsinə icazə veriləcək. Bizə Çinin sövdələşməni təsdiq etməsi lazım ola bilər. Əminəm ki, onlar bunu təsdiqləyəcəklər. Əgər bunu etməsələr, bu, bir növ düşmənçilik olacaq. Pekinin TikTok razılaşmasına qarşı çıxacağı təqdirdə Vaşinqton Çin mallarına tariflər tətbiq etməyə hazır olacaq”, – prezident vurğulayıb.