“ABŞ-ın son 4 ildə xarici siyasəti ölkə tarixində ən aşağı nöqtəyə çatıb”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.
“Son dörd ildə baş verənlərə nəzər salsaq, düşünürəm ki, bu, ABŞ tarixində ən aşağı nöqtə idi”, – Tramp “Newsmax”a müsahibəsində deyib.
Amerikanın seçilmiş lideri Baydenin xarici siyasətini “dəhşətli” adlandırıb və öz hakimiyyəti dövründə Yaxın Şərqdə, eləcə də Ukraynada münaqişənin başa çatacağını təkrarlayıb.