Xəbərlər

Tramp: Baydenin siyasəti ABŞ-da iqtisadi fəlakətə səbəb olub

“ABŞ-ın 46-cı prezidenti Co Bayden administrasiyasının hərəkətləri ölkədə inflyasiyanın kəskin artmasına və iqtisadi fəlakətə səbəb olub”.

“Füyuzat”ın məlumatına görə, bu barədə çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp bildirib.

“Bildiyiniz kimi, bizə əvvəlki administrasiyadan iqtisadi fəlakət və inflyasiya kabusu miras qaldı. Onların siyasətləri enerji qiymətlərini qaldırdı, ərzaq qiymətlərini artırdı və əsas ehtiyacları milyonlarla amerikalı üçün əlçatmaz etdi. Biz son 48 ilin ən pis inflyasiyasını yaşadıq”, – dövlət başçısı ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında ölkədəki vəziyyət, daxili və xarici siyasətin prioritet istiqamətləri barədə çıxışı zamanı deyib.