Xəbərlər

Tramp: Çin mallarına rüsumlar azaldıla bilər

“ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi 145%-lik gömrük rüsumları azaldıla bilər və artırılması ehtimalı azdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Mən bəzi məqamlarda tariflərin qalxmasını istəmirəm. Ona görə də nəinki tarifləri qaldırmaq, əksinə onları aşağı salmaq barədə düşünürəm”, – dövlət başçısı bildirib.